📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da saxlanılan azərbaycanlı alimdən xəbər var

2026-02-01 19:57:21

ABŞ-da saxlanılan azərbaycanlı alimdən xəbər var

ABŞ-da yaşayan və Buffalo Universitetində çalışan azərbaycanlı alim Şövqi Hüseynovdan yeni xəbər var.

Hurriyyet.org Unikal.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Batavia şəhərindəki təcridxanasında saxlanılan alim artıq azad edilib və Buffalo şəhərinə qayıdıb.

Qeyd edək ki, Şövqi Hüseynov yanvarın 7-də avtomobillə hərəkət edərkən səhvən Kanadaya aparan Sülh körpüsünə daxil olub. Daha sonra Buffaloya qayıtsa da, ABŞ sərhəd agentləri Hüseynovun ABŞ-dan deportasiya oluna biləcəyini müəyyən ediblər və onu İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinə təhvil veriblər.