📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da seçkilərin nəticəsi Səudiyyə Ərəbistanının qərarından asılıdır

2022-10-14 12:02:00

ABŞ-da seçkilərin nəticəsi Səudiyyə Ərəbistanının qərarından asılıdır

Hurriyyet.az xəbər verir ki, ABŞ Səudiyyə Ərəbistanını OPEK+ təşkilatının neft hasilatını azaltmaq qərarını təxirə salmağa çağırıb. Bu barədə məlumatı Səudiyyə Ərəbistanı Krallığı XİN-ə istinadla “Assoşieyted Press” agentliyi yayıb.

Səudiyyə hökuməti isə bütün iqtisadi təhlillərin OPEK+ təşkilatının qərarının bir aylığa təxirə salınmasının neqativ iqtisadi nəticələri olacağını göstərdiyini qarşı tərəfə bildirib.  

Nəşr bildirib ki, OPEK+ təşkilatının qərarının təxirə salınması ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkiləri zamanı qiymətlərin bahalaşması riskini azalda bilər. Hazırda iqtidarda olan Demokratlar Partiyası bu seçkilərdə üstünlüyü əldə saxlamağa çalışırlar.

Hürr Tərcüman