ABŞ-da sel fəlakəti – onlarla adam itkin düşüb
2022-07-14 13:30:00
Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, ABŞ-ın Virciniya ştatında yağan şiddətli leysan yağışlarının səbəb olduğu sel fəlakəti nəticəsində 44 nəfər itkin düşüb. İki gün boyunca davam edən şiddətli fırtına və leysanlar sellərə səbəb olub. Təbii fəlakət nəticəsində bəzi rayonlarda elektrik enerjisi kəsilib, ən azı 100 ev zədələnib.
Vəziyyətin ağırlaşması ilə əlaqədar Virciniya valisi ştat ərazisində fövqəladə vəziyyət elan edib.
Hürr Tərcüman