ABŞ-da sel ölümlərə səbəb oldu, Las-Veqasın küçələrində sellər çay kimi axır
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Kentukki ştatının qubernatoru Endi Beşir ştat ərazisində 27 iyul tarixindən başlamış leysan yağışlar nəticəsində 15 nəfərin həlak olduğunu, hazırda axtarış-xilasetmə işlərinin davam elədiyini bildirib.
Verilən xəbərlərə görə, körpülər və bəzi yaşayış məntəqələri su altında qalıb, regionun minlərlə sakininin elektrik enerjisi kəsilib.
Ağ Evdən verilən açıqlamada deyilir: “Bu gün Prezident Bayden Kentukkini fəlakət zonası elan edib. Güclü tufandan, sellərdən və sürüşmələrdən zərər çəkmiş rayonların bərpasında yerli hakimiyyəti dəstəkləmək üçün federal yardım etmək göstərişi verib”.
ABŞ-ın əyləncə mərkəzlərindən olan Las-Veqas şəhərinin mərkəzi sel suları ilə dolub-daşır.
Daşqın suları Las-Veqasın küçələrini, xüsusilə də bulvarını çaya çevirib.
Şəhərin dəbdəbəli otellərinin birinci mərtəbələrindəki qarajlar tamamilə su ilə dolub.
Hürr Tərcüm