📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da tarixi rekord və dəhşətli gün: Bir gündə 3 ölüm hökmü icra olundu

2026-08-14 21:16:43

ABŞ-da tarixi rekord və dəhşətli gün: Bir gündə 3 ölüm hökmü icra olundu

Birləşmiş Ştatlarda avqustun 13-də eyni gündə üç ölüm hökmü icra edilib.

Hurriyyet.Media  xəbər verir ki, bu, ölkədə 2010-cu ildən bəri bir gün ərzində həyata keçirilən ən yüksək edam göstəricisi kimi qeydə alınıb.

Məlumata görə, Oklahomada 2003-cü ildə qeyri-rəsmi nikahda olduğu qadını qətlə yetirməkdə təqsirli bilinən 70 yaşlı Karlos Kuesta-Rodriqes edam olunub.

Tennessi ştatında isə 41 il əvvəl bir qadını öldürən Entoni Darrell Hayns barəsində çıxarılan ölüm hökmü icra edilib.

Alovlu müzakirələrə səbəb olan digər qərar isə Alabamada həyata keçirilib; burada 2021-ci ildə 5 yaşlı qız uşağını zorlayaraq qətlə yetirən Ceremi Uilyams edam edilib.

Hər üç məhkumun cəzası öldürücü iynə vurulmaqla icra olunub.