📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da təyyarə yaşayış binasına çırpıldı - Bütün ekipaj üzvləri öldü - Video

2022-10-22 10:06:00

ABŞ-da təyyarə yaşayış binasına çırpıldı - Bütün ekipaj üzvləri öldü - Video

ABŞ-ın Nyu-Hempşir ştatının Kin şəhərində təyyarə yaşayış binasına çırpılıb. Təyyarədə olanların hamısı həlak olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə şəhər hakimiyyəti məlumat yayıb.

“Təyyarə Kin hava limanı yaxınlığındakı yaşayış binasına çırpılıb. Yaşayış binasının sakinləri arasında xəsarət alan olmayıb. Təəssüf ki, təyyarədə olanların hər biri ölüb”, - məlumatda bildirilib.

Hadisə yanğınla nəticələnib, hadisə yerinə yanğınsöndürmə xidməti cəlb edilib.

“CBS” televiziya şirkəti ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən bildirib ki, təyyarə təkmühərrikli olub.

Təyyarənin göyərtəsində neçə nəfərin olduğu hələlik məlum deyil.

yeniavaz.com