📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da təyyarələr toqquşub, ölənlər var

2022-11-13 21:04:00

ABŞ-da təyyarələr toqquşub, ölənlər var

ABŞ-ın Texas ştatında aviaşou zamanı iki təyyarənin toqquşması zamanı 6 nəfər həlak olub.

Bu barədə Dallas dairəsinin hakimi Kley Cenkins tviter hesabında yazıb.

“Dallas dairəsinin məhkəmə-tibb ekspertinin məlumatına görə, “Wings Over Dallas” aviaşousunda insident zamanı 6 nəfər həlak olub”, - Cenkins sosial şəbəkədə yazıb.

Qeyd edək ki, “Boeing B-17” bombardmanı digər təyyarə ilə şənbə günü toqquşub. \\Report