📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da vaksinasiyanı dayandırmağa çağırış edildi

2021-09-04 12:32:00

ABŞ-da vaksinasiyanı dayandırmağa çağırış edildi

ABŞ səhiyyə məmurları Ağ Evi Covid-19 peyvəndlərini dayandırmağa çağırdı. Bu barədə “RT” xəbər verir.

RT, Co Bayden administrasiyasına koronavirus peyvəndinin əlavə 3-cü və ya davamlı dozalarının vurulmasını təxirə salmağı tövsiyyə edən yüksək vəzifəli şəxslərin olduğundan bəhs edir. Səhiyyə idarələrinin rəsmilərinə görə, onlar peyvəndin bütün növləri üçün əlavə dozaların faydalı olacağına zəmanət verə bilmədikləri üçün bu akt üçün erkən ola bilər.

Xüsusilə, Qida və Dərman Agentliyi (FDA) ilə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) nümayəndələri peyvndləmənin dayandırılması haqda çıxış edirlər.

Açıqlamada deyilir ki, Ağ Ev rəhbərliyinin təsdiqlədiyi ölkə daxilində yenidən peyvəndləmənin başlanması tarixinin çox erkən olduğunu söyləyirlər. Həm FDA, həm də CDC, peyvəndlərin üçüncü dozalarını sınaqdan keçirmək və zəmanət vermək üçün daha çox vaxta ehtiyac duyduqlarını qeyd etdi.

Daha əvvəl prezident Co Bayden bəyan etmişdi ki, yetkin amerikalılar sentyabrın 20-dən üçüncü dozada peyvənd oluna biləcəklər.

Ülviyyə Şükürova

Hurriyyet.az