📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da “X” işarəli və cinsiyyət dəyişikliyi qeydi olan pasportların verilməsi dayandırılıb

2025-01-24 12:50:48

ABŞ-da “X” işarəli və cinsiyyət dəyişikliyi  qeydi olan pasportların verilməsi dayandırılıb

Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamenti “X” işarəli və cinsiyyət dəyişikliyi  qeydi olan pasportların verilməsini dayandırıb. Artıq bu cür müraciətlərə baxılmayacaq.
Bu barədə "Qardian" ("The Guardian") nəşri məlumat verib.
Xəbərdə deyilir ki, yeni dövlət katibi Marko Rubio departamentin əməkdaşlarına məktub göndərərək, ABŞ siyasətinə görə, vətəndaşın cinsinin dəyişdirilə bilməyəcəyini bildirib. Rubio həmçinin bütün rəsmi sənədlərdə “gender” yox, “cins” terminindən istifadə edilməsi göstərişi verib.
Hürr Tərcüman