📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-da zombi virusu ölümlərə səbəb oldu

2024-04-19 15:17:06

ABŞ-da zombi virusu ölümlərə səbəb oldu

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, alimlər ilk dəfə olaraq zombi virusundan insan ölümü faktlarını qeydə alıblar. Vəhşi maral əti yeyən iki nəfər amerikalı bu virusdan vəfat edib. Alimlərin yeni araşdırmalarının nəticəsinə görə, zombi maral virusu insanlara zərər vura, hətta onların ölümünə səbəb ola bilər.
2022-ci ildə ABŞ-da yaşlı ovçu vəfat edib - o, yaşadığı yerdəki marallar arasında zombi virusunun yayılmasına baxmayaraq, onları ovlamağa və ətini yeməyə davam edirmiş. Alimlərin məlumatına görə, virusa yoluxandan qısa müddət sonra 72 yaşlı kişidə sürətli şəkildə demensiya gedib və o, tezliklə həyatını itirib.
Bundan az müddət sonra ovladığı maral ətini yeyən daha bir ovçu eyni xəstəlikdən ölüb. Ovçular tanış imişlər və heyvanlar arasında yoluxmanın yayılması qeydə alınmış bölgədə ov edirmişlər.
Əvvəlcə hər iki xəstəyə çox nadir görünən, baş beyni zədələyən ölümcül Kreytsfeld-Yakob xəstəliyinə yoluxma diaqnozu qoyulub. Sonra dərindən araşdırma nəticəsində amerikalı ovçuların zombi virusuna tutulmuş maral ətini yedikdən sonra xəstələnərək öldükləri müəyyənləşdirilib.
Laboratoriya şəraitində keçirilən ən son tədqiqatlar nəticəsində bəlli olub ki, zombi virusuna təkcə marallar deyil, digər heyvanlar da yoluxurlar.
Hürr Tərcüman