ABŞ-dan açıqlama: “100 min nəfərdən artıq Rusiya hərbçisi ölüb və ya yaralanıb”
2022-11-10 18:43:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ-ın Baş Qərargah rəisi Mark Mayli Ukraynada 100 min nəfərdən artıq Rusiya hərbçisinin öldüyünü və ya yaralandığını söyləyib.
Mayli bu sözləri Nyu Yorkda keçirilən “İqtisadi klub” (“The Economic Club”) adlı tədbirdə söyləyib.
O, Rusiyanın 20-30 min əsgərinin tam geri çəkilməsinin bir neçə həftə davam edə biləcəyini deyib.
Mayli deyib: “Rusiya ilə Ukrayna arasında 9 ay davam edən müharibədə 40 min nəfərə qədər ukraynalı dinc vətəndaş, 100 min nəfərdən artıq rusiyalı hərbçi öldürülüb və ya yaralanıb”.
Hürr Tərcüman