ABŞ-dan açıqlama: “Çin ilə Rusiya başqa ölkələri qorxutmağa çalışırlar”
2021-10-26 17:43:00
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri naziri Karlos del Toro Tokioda jurnalistlər qarşısındakı çıxışında Çin ilə Rusiyanı başqa ölkələri qorxutmaq cəhdində, beynəlxalq hüququ pozmaqda ittiham edib. Nazir deyib: “Çin ilə Rusiya arasındakı münasibətlər görünür son vaxtlarda elə bir şəkildə inkişaf edib ki, onlar beynəlxalq nizam qaydalarına zidd olan hərəkətləri ilə başqa ölkələri qorxutmağa çalışırlar”.
17-23 oktyabr tarixlərində Rusiya ilə Çinin hərbi gəmiləri ilk dəfə olaraq Sakit okeanın Yaponiya yaxınlığındakı qərb hissəsindən birlikdə keçiblər. Yaponiyanın dəniz və hava məkanının pozulmadığı deyilir.
Hürr Tərcüman