ABŞ-dan açıqlama: “İran Rusiyanı silahlandıracaq və hərbçilərinə təlim keçəcək”
Hurriyyet.az “Röyters” agentliyinə istinadla xəbər verir ki, İran Rusiyaya bir neçə növ Pilotsuz Uçuş Aparatı verməyə və rus hərbçilərinə təlim keçməyə hazırlaşır. Bu məlumatı agentliyə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan verib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynadakl müharibədə istifadə edilməsi üçün Tehranın Moskvaya yüzlərlə PUA göndərəcəyi və İranın Rusiya hərbçilərini bu dronlardan istifadə eləməyi öyrətməyə hazırlaşdığı barəsində informasiyaya malikdir.
“Ukrainskaya Pravda” nəşri bundan əvvəl dünya mətbuatında Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarda istifadə eləmək üçün İranın silah qaçaqmalçıları şəbəkəsi vasitəsi ilə İraqdan hərbi texnika və silah-sursat aldığı xəbərlərinin yayıldığını yazıb.
Hürr Tərcüman
