ABŞ-dan açıqlama: “İsraildəki qarışıqlıqları bir törətmirik”
Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Dpartamenti İsraildə etirazların təşkil edilməsi ittihamlarını tamamilə rədd edib.
Bu ittihamların bir qismi “Tayms of İsrael” qəzetində dərc edilmişdi.
ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Vedant Patel martın 30-da keçirilən birifinq zamanı ABŞ-ın İsraildəki kütləvi etirazlarda əli olması barəsində iddiaların tamamilə yalan olduğunu bəyan edib: “Bu ittihamlar tamamilə və başdan-ayağa yalandır... Biz təkcə İsraildə deyil, bütün dünyada vətəndaş cəmiyyəti poroqramlarının geniş spektrini dəstəkləyirik”. Patel çıxışına davam edərək, İsraildəki etirazların arxasında ABŞ-ın durduğu barəsində bütün iddiaların “tamamilə yalan” olduğunu qeyd edib.
Xəbər verdiyimiz kimi, Binyamin Netanyahunun rəhbərlik elədiyi hökumətin məhkəmə islahatları aparmaq istəməsi ölkədə yanvar ayından bəri davam edən kütləvi etirazlarla qarşılanıb. İslahatlarda Ali Məhkəmənin səlahiyyətlərini azaltmaq nəzərdə tutulur. Kütləvi tətillərin qarşısını almaq üçün hələlik hökumət islahatların həyata keçirilməsini təxirə salıb.
“Tayms of İsrael” nəşri mənbələrə istinadla etirazların arxasında Vaşinqtonun durduğu gümanını səsləndirmişdi.
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden ölkədə baş verən kütləvi etirazlardan sonra İsrailin Baş naziri Binyamin Netanyahunun istefa verəcəyinə ümidvar olduğunu bildirmişdi.
Netanyahu da öz növbəsində ABŞ-ı İsrailin daxili işlərinə qarşımamağa çağıraraq demidi: “İsrail müstəqil qərar qəbul edə biləcək suveren ölkədir. Qərar verərkən hətta ən yaxşı dostlarımız olsa belə, xaricdən təzyiq əsasında yox, öz xalqımızın iradəsini rəhbər tutaraq addım atmalıyıq”.
Hürr Tərcüman