📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan açıqlama: “Putin SSRİ-ni yenidən qurmaq istəyir”

2021-12-08 13:29:00

ABŞ-dan açıqlama: “Putin SSRİ-ni yenidən qurmaq istəyir”

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland ABŞ-ın Rusiya Prezidenti Vladmir Putinin Sovet İttifaqını yenidən qurmaq niyyətində olduğundan narahat olduqlarını bildirib. Putinin bu yolla tarixə düşmək istədiyini qeyd edən Nuland Senatdakı çıxışında söyləyib: “Onun öz irsi layihəsi kimi Sovet İttifaqını yenidən qurmağa çalışması təhlükəsi var. Sonra isə kim bilir, o, yediyindən doyacaqmı, yoxsa, iştahlanıb daha da irəli getməyi qərara alacaq?” 

Nuland Rusiyanı Ukraynaya müdaxilə eləmək planlarından əl çəkməyə çağıraraq, 2014-cü illə müqayisədə modernləşdirilmiş Ukrayna ordusu ilə qarşıdurmanın daha qanlı olacağı barəsində xəbərdarlıq edib.

Hürr Tərcüman