📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan Aİ-nin Azərbaycana təklifi ilə bağlı açıqlama

2023-02-24 17:44:00

ABŞ-dan Aİ-nin Azərbaycana təklifi ilə bağlı açıqlama

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays gündəlik brifinqdə çıxışı zamanı Avropa İttifaqının Azərbaycan ilə Ermənistanın liderlərini yenidən Brüsselə dəvət etdiyini bildirib.

Prays bəyan edib ki, Brüssel danışıqların yeni mərhələsinin keçirilməsi üçün tərəflərə dəvət təklifləri göndərib. Avropa Şurasının başçısı Şarl Mişel təşkil eləməyə hazırdır.

Görüşün tarixi barəsində açıqlama verilməyib. Prays bundan öncəki açıqlamalarında danışıqların yaxın zamanda baş tuta biləcəyini söyləmişdi.

Hürr Tərcüman