ABŞ-dan Azərbaycan-Ermənistan danışıqları ilə bağlı açıqlama
Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyü Millerin bəyanatında Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasındakı danışıqların davam eləməsindən məmnun olduğu bildirilir.
Açıqlamada deyilir: “Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülh mümkündür. Bu yaxınlarda biz sülh tərəfdarı olduğu üçün Baş nazir Nikol Paşinyana minnətdarlığımızı bildirdik və biz Prezident Əliyevin amnistiya məsələsinin nəzərdən keçirilməsi ilə bağlı bu yaxınlarda verdiyi bəyanatı alqışlayırıq.
Bu həftə ərzində Ermənistan ilə Azərbaycan liderləri Kişinyovda bizim avropalı tərəfdaşlarımızla görüşəcəklər və biz ümid edirik ki, bu, həmin məsələlərin zorakılıq yolu ilə deyil, danışıqlar masasında həlli üçün məhsuldar addım olacaqdır. Aqressiv çıxışlar yalnız keçmişin zorakılığını həmişəlik saxlaya bilər, həm ictimai, həm də şəxsi konstruktiv dialoq isə imkan dünyası və ümid yarada bilər. Birləşmiş Ştatlar hər iki ölkənin möhkəm və layiqli sülh razılaşması əldə eləmək üçün səyləri dəstəkləməyə hazırdır”.
Hürr Tərcüman