ABŞ-dan Bakı-İrəvan münasibətləri barəsində açıqlama
2024-07-23 11:30:07
Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistan arasındakı sülh prosesində "mühüm irəliləyiş" olduğunu bəyan edib.
ABŞ Dövlət Departamentinin təmsilçisi Metyü Miller gündəlik brifinqdəki çıxışında deyib: "Ermənistan ilə Azərbaycan sülh danışıqlarının başa çatması istiqamətində mühüm irəliləyişə nail olublar. Biz bu prosesi dəstəkləməyə davam edəcəyik".
Millerin sözlərinə görə, Birləşmiş Ştatlar razılaşmanın əldə edilməsinə dəstək olur, çünki "sülh zamanı çatıb".
Hürr Tərcüman