ABŞ-dan başqa bütün ölkələr Fələstinə yardım təşkilatına pul köçürür
ABŞ istisna olmaqla, bütün ölkələr BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə vəsaitlərini bərpa edib. Bunu təşkilatın baş komissarı Filip Lazzarini bildirib.
“Yaxşı xəbər odur ki, gələn ilin əvvəlindən bütün ölkələr agentliyin maliyyələşdirilməsini bərpa edib. Bu onunla bağlıdır ki, ABŞ-ın köçürmələrinin dondurulması 2025-ci ilin mart ayına qədər davam edəcək”, deyə UNRWA rəhbəri Berlində keçirilən mətbuat konfransında qeyd edib.
Bundan əvvəl bir sıra Qərb ölkələri Fələstinin HƏMAS ilə əlaqələrə dair şübhələrə görə UNRWA-ya maliyyənin ayrılmasını dayandırdığını elan etmişdi. UNRWA daha sonra İsraili Həmas ilə əlaqələri barədə yalan etiraflar çıxarmaq üçün əsir götürülən işçilərə işgəncə verməkdə ittiham edib.
Ülviyyə, Hurriyyet.az