📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan Belarusa qarşı yeni sanksiyalar

2024-08-09 18:55:46

ABŞ-dan Belarusa qarşı yeni sanksiyalar

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib.
19 fiziki və 14 hüquqi şəxsin adları sanksiya siyahısındadır. Bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin yazılı bəyanatında verilib.
"Qara siyahı"ya "Belkanto", "Rada" aviaşirkətləri, "Leqmaş" zavodu, "Pilotsuz vertolyotlar" Mühəndis Bürosu, həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə əlaqədar olduğu iddia edilən təyyarə daxil edilib.
Hürr Tərcüman