📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan Ermənistana AĞIR ZƏRBƏ – İrəvanın Qarabağ istəyinin üzərindən XƏTT ÇƏKİLİR

2022-03-29 20:49:00

ABŞ-dan Ermənistana AĞIR ZƏRBƏ – İrəvanın Qarabağ istəyinin üzərindən XƏTT ÇƏKİLİR

ABŞ-ın 2023-cü ilin büdcəsi Ermənistanı məyus edəcək. Bayden Administrasiyasının ABŞ Konqresini Ağ Evin 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana 24 milyon ABŞ dolları ayırmağa çağırması bunu deməyə əsas verir.

Bu məbləğ 2022-ci maliyyə ili üçün bir neçə həftə əvvəl Konqres tərəfindən ayrılan və Prezident tərəfindən təsdiq edilən məbləğdən 21 milyon dollar azdır. Bayden Administrasiyasının bu addımı ermənilərin ABŞ-dakı əsas lobbi təşkilatı olan Amerika erməni milli komitəsinin (ANCA) narazılığına səbəb olub. Erməni diasporu/lobbisi istəyinə nail ola bilmir.

Erməni diasporu/lobbisini narazı salan məqamlardan biri də Prezident Baydenin Konqresdən 2023-cü maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardım ayrılmasını istəməsidir. Bu yardıma Azərbaycanın ABŞ Müdafiə Nazirliyindən 333-cü bölmə (potensialın gücləndirilməsi) çərçivəsində aldığı əlavə vəsaitlər daxil deyil. Hökumət Hesabatlılığı İdarəsinin (GAO) mart ayında açıqladığı hesabata əsasən, Azərbaycan 333-cü Bölmə çərçivəsində ABŞ-dan 164 milyon dollardan çox yardım alıb.