📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan gələn naməlum təyyarə Rusiya ərazisindən keçərək bu türk dövlətinə uçub

2026-02-20 12:24:04

ABŞ-dan gələn naməlum təyyarə Rusiya ərazisindən keçərək bu türk dövlətinə uçub

Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasından havaya qalxan naməlum “Boeing 787” təyyarəsi Rusiya ərazisindən keçərək Qazaxıstana uçub.

Hurriyyet.org  xəbər verir ki, bu barədə “Flightradar24” məlumat yayıb.

Fevralın 20-si səhəri təyyarə Murmansk vilayəti üzərindən Rusiya hava məkanına daxil olub. Daha sonra təyyarə Arxangelsk və Kirov vilayətləri üzərindən uçaraq Ufa ərazisinə çatıb.

Bundan sonra təyyarə Orsk yaxınlığında Qazaxıstanla sərhədə doğru hərəkət edərək respublikanın hava məkanına daxil olub.

Təyyarə əvvəllər Qrenlandiya, Norveç və Finlandiya ərazilərini keçib. Təyyarənin mənşəyi və uçuş məqsədi barədə rəsmi məlumat hələlik açıqlanmayıb.