📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan hesabat: Türkiyə ilə Pakistanın hava qüvvələri dünyanın ən güclüləri sırasındadır

2022-05-25 17:59:00

ABŞ-dan hesabat: Türkiyə ilə Pakistanın hava qüvvələri dünyanın ən güclüləri sırasındadır

Hurriyyet.az xəbər CNN Türk kanalına istinadla verir ki, mərkəzi ABŞ-da yerləşən “Global Firepower” statistika portalı 2022-ci il hesabatını dərc edib. Hesabatda dünyanın ən güclü hava qüvvələrinə sahib olan ölkələrin siyahısı verilib. Bir çox mühüm məlumatlar əsasında hazırlanan hesabatda Azərbaycana dost olan Pakistan və Türkiyə dövlətlərinin hava qüvvələri ən güclü ölkələrin ilk onluğuna düşüblər. Hesabatda ölkələr ilk onluqda aşağıdakı ardıcıllıqla yer tutublar:

  1.   ABŞ (Amerika Birləşmiş Ştatları)
  2.   Rusiya
  3.   Çin
  4.   Hindistan
  5.   Cənubi Koreya
  6.   Yaponiya
  7.   PAKİSTAN
  8.   Misir
  9.   TÜRKİYƏ
  10.  Fransa

Hürr Tərcüman