📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan Hörmüz boğazı ilə bağlı şok iddia - Hazırlıq başladı

2026-03-07 20:16:38

ABŞ-dan Hörmüz boğazı ilə bağlı şok iddia - Hazırlıq başladı

ABŞ yaxın gələcəkdə Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə Hörmüz boğazında gəmilərin keçidini təmin etməyə başlaya bilər.

Hurriyyet.info xəbər verir ki, bu barədə "Fox Business" telekanalına müsahibəsində ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

"Hesab edirəm ki, bu, bir və ya iki həftəlik məsələdir, lakin biz artıq problemin həlli yolundayıq", - deyə o qeyd edib.

Bessent əlavə edib ki, hakimiyyət orqanları ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qiymətləndirmələrinə əsaslanacaqlar.