📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan iddia: ruslar İran dronlarından razı qalmayıblar

2022-08-30 19:28:00

ABŞ-dan iddia: ruslar İran dronlarından razı qalmayıblar

Hurriyyet.az "Yeni Akit" nəşrinə istinadla xəbər verir ki, ABŞ-da “Vaşinqton Post” nəşrinə məlumat verən kəşfiyyat mənbələri İranın Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə eləmək üçün silahlı dron göndərdiyi və rusların ilk texniki testlərdən məmnun olmadığını iddia ediblər. İddiaya görə, İran Rusiyaya “Mühacir-6” və “Şəhid” seriyasından dronlar göndərib.

Kəşfiyyat əməkdaşının dediyinə görə, İranın dronları Rusiyaya çatdırıldıqdan sonra ilk texniki testlərdən keçirilib. Lakin testlər zamanı ciddi texniki problemlər üzə çıxıb: “Sistemdə bir neçə xəta vardı. Ruslar razı qalmadılar”.

Hürr Tərcüman