📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan İran etirafı: Buna heç vaxt çatmayacağıq

2022-03-28 11:18:00

ABŞ-dan İran etirafı: Buna heç vaxt çatmayacağıq

Nüvə sazişi ilə bağlı uzun müddətdir “yaxındır” kəlməsi işlədilir. Ola bilsin ki, biz heç vaxt bu “yaxınlığa” çatmayacağıq.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin İranla bağlı xüsusi nümayəndəsi Robert Malli deyib.

"Razılaşma mümkündür, amma yaxın deyil. Tarix verə bilmərik. Aylar əvvəl biz razılaşmanın yaxın olduğunu düşünürdük. Danışıqların uzun davam etməsi razılığın əldə olunmasının çətinliyini göstərir. Bizim, həmçinin İranın da önəmsədiyi bəzi məqamlar var", - Malli bildirib.