ABŞ-dan İrana çağırış: “Azərbaycan səfirliyinə hücumun müqəssirləri cəzalandırılmalıdırlar”
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter Birləşmiş Ştatların Azərbaycanın Tehrandakı səfirliyinə edilən, səfirliyin mühafizə rəisinin həlak olması ilə nəticələnən hücumu pislədiyini və hadisə ilə bağlı araşdırılma aparılmasına çağırdığını bildirib.
ABŞ tərəfi ATƏT-in 2 fevral tarixində keçirilən iclasında Azərbaycan XİN-ə və şəhid ilə yaralıların ailələrinə hadisə ilə bağlı təəssüfləndiyini bildirib. ABŞ-ın ATƏT-dəki səfiri sosial şəbəkədəki səhifəsində yazıb: “ABŞ İran hakimiyyətini araşdırma aparmağa və müqəssirləri məsuliyyətə cəlb eləməyə çağırır”.
Qeyd edək ki, İran tərəfi terror aktının araşdırılmasına əngəl olur. Azərbaycan bu davranışı pisləyərək, Tehranın beynəlxalq öhdəliklərə əməl etməli olduğunu bəyan edir.
Hürr Tərcüman
.png)