📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan İranın Azərbaycanla sərhəddəki təlimlərinə - Münasibət

2022-10-25 13:12:00

ABŞ-dan İranın Azərbaycanla sərhəddəki təlimlərinə - Münasibət

“Biz Qafqaz regionunda sabitlikdə maraqlı olduğumuzu aydın şəkildə ifadə etmişik”.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə jurnalistin “İranın Azərbaycanla sərhəddə təlim keçirməsi və bunun Azərbaycanda narahatlıq doğurması” ilə bağlı suala cavab verərkən deyib. 

“İranda keçirilən hərbi təlimlərlə bağlı xüsusi şərhim yoxdur. Biz iki ölkə arasında gərginliyi azaltmaq üçün Ermənistan və Azərbaycanla çalışdığımız Qafqaz regionunda sabitlik görmək istədiyimizi aydın şəkildə ifadə etmişik”, - deyə Prays söyləyib.

qafqazinfo.az