ABŞ-dan İsraillə bağlı açıqlama
2023-07-20 13:08:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ ilə İsrail vizasız rejimə keçməyə hazılaşırlar. Xatırladaq ki, bir neçə ay bundan əvvəl İsrailin Baş naziri Binyamin Netanyahi israillilərin hamısının vizaya ehtiyac olmadan Birləşmiş Ştatlara gedə biləcəklərini vəd eləmişdi.
ABŞ Dövlət Departamentinin açıqlamasında İsrailin ABŞ ilə vizasız rejim proqramına daxil ediləcəyi xəbər verilir.
Bir müddət bundan əvvəl İsrail hökuməti Amerika vətəndaşları (o cümlədən, Fələstin əsillilər) ilə bağlı yeni səfər qaydaları tətbiq eləməyə başlayıb – indən belə onlar bütün məntəqələrdən, o cümlədən, Ben-Qurion aeroportundan keçərək ölkəyə gələ bilərlər.
Hürr Tərcüman