ABŞ-dan Laçın dəhlizindəki vəziyyətlə bağlı açıqlama
2022-12-13 14:30:00
Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Ned Prays Laçın dəhlizi ətrafında yaranmış vəziyyət barəsində açıqlama verib. Onun sözlərinə görə, vəziyyət ABŞ-ın diqqət mərkəzindədir.
O, hər iki ölkənin xarici işlər nazirlərinin ABŞ-da keçirilən görüşünü xatırladaraq deyib: “Biz bunu Nyu Yorkda, BMT Baş Assambleyası çərçivəsində etdik. Bizim baş məsləhətçimiz Fil Riker, əlimizdən gələni etdiyimizə əmin olmaq üçün hər iki ölkənin rəsmiləri ilə fəal şəkildə əlaqə saxlayır. Gərginliyi azaltmaq üçün hər iki ölkənin mümkün olan hər şeyi etməsi vacibdir”.
Hürr Tərcüman