📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan nüvə silahlarını Avropadan çıxarmaq tələb olunub

2024-07-26 13:35:14

ABŞ-dan nüvə silahlarını Avropadan çıxarmaq tələb olunub

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Çin ABŞ-dan nüvə silahlarını Avropa ərazisindən çıxarmağı tələb edib.
Çin XİN-in rəsmi təmsilçisi Mao Nin nüvə silahına malik olmayan NATO dövlətlərinin ərazisində bu silahın yerləşdirilməsinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin pozulması olduğunu və Çinin bu sazişin pozulmasını yolverilməz hesab elədiyini, ABŞ silahlarının Avropa ərazisindən çıxarılmasını tələb elədiyini bildirib.
Mao Nin deyib: "ABŞ-ın nüvə silahına malik olmayan NATO dövlətləri ərazisində nüvə silahları yerləşdirməsi və həmin silahların həmin dövlətlərin qırıcılarında yerləşdirilməsinə icazə verməsi - müqavilənin aşkar pozulması deməkdir. Çin Avropada yerləşdirilən nüvə silahlarının böyük hissəsinin həmin ölkələrdən çıxarılmasında israr edir".
Rəsmi təmsilçi Pekinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozan ölkələri soyuq müharibə mentalitetindən imtina etməyə çağırdığını bəyan edib. O, Asiya-Sakit okean regionunda da nüvə silahının anoloji şəkildə yerləşdirilməsinin yolverilməz olduğunu bildirib.
Mao Nin ABŞ-ın nüvə müqaviləsini pozmasının başqa dövlətlərin də asanlıqla bu yola qədəm qoymasına səbəb olacağını qeyd edib: "Bu, nüvə münaqişəsi riskini artıracaq və qlobal strateji sabitliyə zərər verəcək".
Hürr Tərcüman