ABŞ-dan nüvə təhdidi
2023-01-31 14:04:00
Hurriyyet.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin – Pentaqonun rəhbəri Lloyd Ostin Şimali Koreyanın hücum edəcəyi təqdirdə Birləşmiş Ştatların nüvə silahından istifadə eləməyə hazır olduğunu bəyan edib.
“Döyçe Velle” nəşrinin verdiyi xəbərə görə, ABŞ Müdafiə naziri bu açıqlamanı Cənubi Koreyaya səfəri zamanı verib. Xəbərdə deyilir: “Ostin vəd edib ki, Şimaldan hücum olacağı təqdirdə, ABŞ Cənubi Koreyanın müdafiəsi üçün adi və nüvə silahlarının bütün növlərindən istifadə etməyə çalışacaq”.
Hürr Tərcüman