📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan Qazaxıstana edilən zəng - baş verənləri diqqətlə izləyirlər

2022-01-06 21:32:00

ABŞ-dan Qazaxıstana edilən zəng - baş verənləri diqqətlə izləyirlər

ABŞ Dövlət katibi Entoni Blinken Qazaxıstan xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdiyə zəng edib.

Telefon danışığı zamanı Blinken ABŞ tərəfinin Qazaxıstanda baş verənləri diqqətlə izlədiklərini söyləyib.

O, Qazaxıstanda Kütləvi İnformasiya Vasitələrinin müstəqilliyini və konstitusion institutlara dəstəyini vurğulayıb.

Blinken ölkədə vəziyyətin dinc yolla həll olunacağına ümidini ifadə edib. \\Ölkə.az