ABŞ-dan Rusiyalı müğənni Jasminə və onun Moldavalı iş adamı ərinə SANKSİYA...
ABŞ 9 nəfərə və 12 təşkilata "Moldovada Rusiyanın zərərli təsir kampaniyaları və korrupsiya təcrübələrinin tətbiqi" ittihamı ilə sanksiyalar tətbiq edib. Belə ki, ABŞ-ın Xarici Aktivlərə Nəzarət üzrə İdarəsinin məlumatına görə, Rusiya hökuməti bu qurumların və şəxslərin köməyilə korrupsiyadan silah kimi yararlanaraq Moldovada qeyri-sabitliyi dəstəkləyib. Çünki, korrupsiya rus hökuməti tərəfindən təsir agentlərinin vasitəsil öz təbiğatını aparmaq üçün istifadə edilir.
"Bu gün tətbiq olunan sanksiyalar yalnız Rusiyanın Moldovadakı gizli strategiyasını ifşa etmir, həm də korrupsiyanın qanunun aliliyini necə pozduğunu nümayiş etdirir", deyə Maliyyə nazirinin Terrorla mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini sanksiyalara münasibət bildirib.
Dövlət katibi Entoni Blinken, ABŞ-ın korrupsiyaya qarşı mübarizədə Moldovanın səylərini, ədliyyə sisteminin islahatı, demokratik təsisatların müstəqilliyini gücləndirməyə və demokratiyanı pozmaq istəyənlərə qarşı kömək etdiyini söyləyib. Blinkenin sözlərinə görə, bugünkü sanksiyalardan əlavə, ABŞ xaricdə demokratiyanı təhdid edənləri mühakimə etməyə davam edəcək.
ABŞ sanksiyaları Moldova hökumətinin keçmiş rəsmilərindən olan Vladimir Plaxotnyuk, Moldovan hökumətinin əsas sektorlarının, o cümlədən hüquq mühafizə və məhkəmə sistemləri daxil olmaqla, əsas sektorlarını ələ keçirən Moldova hökumətinin keçmiş rəsmilərindən olan Vladimir Plaxotnyuka aiddir.
Moldova siyasətçisi və iş adamı İlan Şor və həyat yoldaşı, Putinin Rusiyanın əməkdar artisti adı verdiyi Rusiyalı müğənni Jasmin (Sara Lvovna Şor) də sanksiya siyahısına düşüb. Ilan Şor, hər hansı bir qanun pozuntularını inkar etsə də, 1 milyard dolların yuyulması ilə bağlı adı hallanıb. Söhbət Moldovada 2014-cü ildə bank sektorundan 1 milyard ABŞ dollarının "yoxa çıxması"ndan gedir. Ukrayna-Rusiya müharibəsinin başlamasından sonra İlan Şor prezident Maya Sandu və onun partiyasını Moldovanı müharibəyə çəkmək istəyində ittiham etdi.
"2022-ci ilin iyun ayında Şor, namizəd statusu üzrə səsvermə davam etdiyi halda Moldovanın Aİ-yə namizədliyini pozmaq üçün Moskvada yerləşən təşkilatlarla işləyib”, deyə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.
Sanksiyaya məruz qalanlar arasında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvü Yuri Çaykanın oğlu İqor Çayka, həmçinin ona bağlı şəxslər və şirkətlər də var. ABŞ-ın məlumatına görə, 2021-ci il seçkilərindən əvvəl onlar Kremlin sözçüsü Dmitri Peskovla birlikdə Moldovanı Rusiyanın təsir dairəsinə qaytarmaq üçün prezident Maya Sanduya qarşı müfəssəl plan hazırlayıblar.
Yuxarıdakı şəxslərin ABŞ-da və ya onun nəzarəti altında olan bütün əmlakı və aktivləri dondurulur. Bundan əlavə, sanksiyalar altında olan hüquqi şəxslə 50 və daha çox faizlə şərikli birbaşa və ya dolayısı ilə fərdi və ya bütövlükdə sahibkarlıq fəaliyyətində olan istənilən şəxs bloklanır.
Ülviyyə, Hurriyyet.az