📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan Rusiyaya yardım edənlərə xəbərdarlıq

2022-04-16 10:07:00

ABŞ-dan Rusiyaya yardım edənlərə xəbərdarlıq

ABŞ Rusiyaya tətbiq edilən sanksiyalardan yayınma ilə mübarizə üçün yeni tədbirlər görüb. Onlar yaxın bir-iki həftə ərzində elan ediləcək.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Ağ Ev yaxın günlərdə bu məsələni aktuallaşdıracaq:

“Düşünürəm ki, yaxın bir-iki həftə ərzində Rusiyanın sanksiyalardan yayınmasına kömək etməyə çalışanlar barədə məlumat alacağıq. Üstəlik, həm Rusiya Federasiyası daxilində, həm də ondan kənarda. Və onlar bizim hədəfimiz olacaqlar”.