📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan şok çağırış: Rusiyanı dərhal tərk edin! - Nüvə müharibəsi başlayacaq?

2022-02-28 13:20:00

ABŞ-dan şok çağırış: Rusiyanı dərhal tərk edin! - Nüvə müharibəsi başlayacaq?

ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını Rusiyanı dərhal tərk etmək barədə düşünməyə çağırır, hələlik kommersiya çıxışı variantları mövcuddur.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin saytı məlumat yayıb.

"Daha çox aviaşirkət Rusiyaya və Rusiyadan reysləri ləğv edir və bir çox ölkələr öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağlayıb. ABŞ vətəndaşları hazırda mövcud olan kommersiya variantları vasitəsilə Rusiyanı dərhal tərk etməyi düşünməlidirlər", - müraciətin mətnində deyilir.

Səfirlik xatırladıb ki, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Rusiyaya səfərə getməməyi tövsiyə edib.