📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan şok iddia - İran Rusiya-Ukrayna müharibəsinə qoşulur…

2022-07-12 10:51:00

ABŞ-dan şok iddia - İran Rusiya-Ukrayna müharibəsinə qoşulur…

İran tezliklə Ukrayna müharibəsi üçün Moskvaya silahlı da daxil olmaqla yüzlərlə PUA göndərəcək və rus əsgərlərinə pilotsuz təyyarələrlə bağlı təlim keçəcək.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Ağ Evdə gündəlik mətbuat brifinqinə deyib.

İranın İranla nüvə razılaşması ilə bağlı müəyyən addımlar atması gərkdiyini deyən Sallivan razılaşma üçün vaxt təyin etmədiklərini bildirib: “Masada razılaşma var. Biz və avropalı tərəfdaşlarımız bunu dəstəkləyirik. İran bu istiqamətdə bir addım atmalıdır".

Sullivan Rusiya-Ukrayna müharibəsində istədiyini ala bilməyən Rusiyanın silah problemləri yaşadığını iddia edib: “Bizdə İran hökumətinin yaxın vaxtlarda Rusiyaya yüzlərlə pilotsuz uçan aparat (PUA) verəcəyinə və bunlar arasında SİHA-ların da olacağına dair məlumatlar var. Həmçinin, İran bu PUA-lardan istifadə üçün rus əsgərlərinə təlim keçəcək və bu proses bu ay başlayacaq”.