ABŞ-dan təhdid: Türkiyə Rusiya ilə ticarət edərsə...
2023-02-04 12:43:00
Hurriyyet.az xəbər verir ki, ABŞ Maliyyə nazirinin müavini Brayan Nelson Rusiya ilə ticarət əməkdaşlığı səbəbindən Türkiyənin sanksiyalara məruz qalacağını deyib. O, İstanbulda çıxış edərkən söyləyib ki, sanksiyalar siyahısına salınmış Rusiya şirkətləri ilə əməkdaşlıq Türkiyə təşkilatları üçün “Böyük yeddilik” ölkələrinin bazarlarına girişi itirməklə nəticələnəcək.
Nelson hesab edir ki, Türkiyə bankları və biznesmenləri sanksiyalara məruz qalmamaq üçün hökmən Rusiya şirkətləri ilə əməliyyatların yoxlanmasını gücləndirməlidilər.
Hürr Tərcüman