📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan terrora açıq dəstək! İŞİD-i müharibəyə hazırlayır

2021-11-02 17:56:00

ABŞ-dan terrora açıq dəstək! İŞİD-i müharibəyə hazırlayır

ABŞ Suriyada olduğu kimi, Əfqanıstanda da İŞİD terrorçularını irəli verməyə başlayıb

Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın Əfqansıtan ordusunda kəşfiyyat və hərb təlimləri verdiyi əsgərlərin “Taliban”a qarşı savaşmaq üçün İŞİD sıralarına qoşulqduğu iddia edilir. Qəzetin yazdığına görə, “təlim keç-silahlandır” layihəsindən PKK/PYD terror təşkilatını dəstəkləmək üçün istifadə edən ABŞ indi də İŞİD-ə təlim keçib silahlandırır”.

20 illik işğal dövründə ABŞ-ın “Taliban”a qarşı təlim verdiyi əfqan əsgərlrin İŞİD-ə qoşulduğu bəlli olub. Suriyada hökumətə qarşı müxalifətçiləri gücləndirmək üçün “təlim keç-silahlandır” layihəsindən istifadə eləmiş ABŞ indi də eyni işi Əfqanıstanda İŞİD-i dəstəkləməklə görür.

“Yeni Şafak” qəzetinin ABŞ-da dərc edilən “Wall Street Journal” nəşrinə istinad elədiyi xəbərində ABŞ ordusunun Əfqanıstanda kəşfiyyat və döyüş təlimi keçdiyi əfqan əsgərləri “Taliban”a qarşı savaşmaq üçün terror təşkilatının Xorasan şaxəsi olan İŞİD-K qruplaşmasına qoşulublar. “Taliban” uzun müddətdir ki, Vaşinqtonu İŞİD-i maliyyələşdirməkdə və müxtəlif bölgələrdən olan İŞİD terrorçularını Əfqanıstana daşımaqda ittiham edir. Keçmiş ABŞ Prezidenti Donald Tram da sələfi Barak Obamanı İŞİD-i qurmaqda ittiham eləmişdi.

Keçmiş kəşfiyyat müdiri Rəhmətullah Nabil də qəzetə müsahibəsində deyib: “Müqavimət hərəkatı olsa, ona qoşulardılar. Hazırda İŞİD “Taliban”a qarşı qruplaşmadır”.

“Taliban” qüvvələri uzun müddətdir ki, Ağ Evi İŞİD-i maliyyələşdirməkdə ittiham edir. 2019-cu ildə Tramp iqtidarı ölkəni tərk eləmək şərtlərini müzakirə eləmək üçün “Taliban” ilə danışıqlar apardığı zaman “Taliban” qüvvələri ABŞ qüvvələrini Suriya və İraqdan hava yolu vasitəsi ilə Əfqanıstana İŞİD-ə məxsus terrorçuları transfer etməkdə ittiham eləmişdi. “Taliban” təmsilçiləri o dövrdə Əfqanıstanın Prezidenti olan Əşrəf Qəninin də bu vəziyyətdən xəbərdar olduğunu bildirmişdi.

ABŞ-ın keçmiş prezidenti D.Tramp 2016-cı ildəki seçki kampaniyaları zamanı İŞİD-i Obamanın qurduğunu və o dövrdə Demokratlar partiyasının namizədi olan Hillari Klintonun da Obamaya yardım elədiyini iddia eləmişdi. Tramp demişdi: “İŞİD-i quranlar Hillari Klintona mükafat verməlidirlər”.

 

Hürr Tərcüman