📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan Türkiyə açıqlaması: Alqışlayırıq!

2022-02-19 14:15:00

ABŞ-dan Türkiyə açıqlaması: Alqışlayırıq!

Türkiyənin Ukraynanın suverenliyini dəstəkləməsi ABŞ tərəfindən yüksək qiymətləndirilir.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfirliyinin sözçüsü Culi Edex deyib.

“Türkiyə kimi NATO müttəfiqi ilə Ukrayna arasında müdafiə sahəsindəki əməkdaşlıq regional sabitliyi və Ukraynanın özünümüdafiə qabiliyyətini gücləndirir. Türkiyə rəsmiləri ilə son təmaslarımızda Rusiya və Ukrayna məsələsini gündəmə gətirdik. Türkiyə NATO-nun dəyərli müttəfiqidir və Ukrayna ilə bağlı son dərəcə sərt bəyanatlara imza atan bir ölkədir. Türkiyənin bu səylərini alqışlayırıq”, - sözçü bildirib.