📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan Türkiyə, Gürcüstan və Ermənistana qarşı ittiham

2023-06-08 16:45:00

ABŞ-dan Türkiyə, Gürcüstan və Ermənistana qarşı ittiham

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin təmsilçisi – Sanksiyaların Koordinasiyası İdarəsinin rəhbəri Cim Obrayen Nato üzvü olan Türkiyə ilə Gürcüstan, Ermənistan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinin Rusiyaya qarşı sanksiya blokadasını yardıqlarını bəyan edib.

Onun sözlərinə görə, Qərbin sanskiyalarla əngəlləməyə çalışdığına baxmayaraq, bu ölkələrin köməyi sayəsində mikroçiplərin və əsas elektron hissələrin Rusiyaya çatdırılması sanksiyadan əvvəlki səviyyəyə çatmaqdadır.

Dövlət Departamentinin təmsilçisi deyib: “Söhbət  müasir silahlanma sistemlərinin yaradılması üçün zəruri olan mikroçiplərdən, prosessorlardan, elektron platalardan gedir”.

Hürr Tərcüman