ABŞ-dan Ukrayna açıqlaması: Daha da pisləşə bilər!
2022-02-26 12:05:00
Ukraynada təhlükəsizliklə bağlı vəziyyət olduqca qeyri-sabit olaraq qalır. Bu durum hər an daha da pisləşə bilər.
Hurrriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı Səfirliyi Amerika vətəndaşlarına xəbərdarlıq edib.
“ABŞ vətəndaşları sayıq davranmalı və ən yaxın sığınacağa yerləşməlidirlər”, - məlumatda bildirilib.