ABŞ-dan Ukraynaya 500 milyardlıq yeni YARDIM PAKETİ
2022-07-27 23:18:00
ABŞ Ukraynaya və münaqişədən təsirlənən digər ölkələrə dəstək məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankına 500 milyon dollar ayırıb.
Vəsait enerji və ərzaq təhlükəsizliyinə, nəqliyyat infrastrukturuna investisiyalara, kənd təsərrüfatı istehsalçılarının və ixracatçılarının birbaşa maliyyələşdirilməsinə, əhalinin ən həssas təbəqələrinə, o cümlədən qaçqınlara yardıma yönəldiləcək.
Qeyd edək ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.\\BBC