📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan Zelenskinin NATO-ya daxil olmaq tələbinə cavab

2023-07-07 14:02:00

ABŞ-dan Zelenskinin NATO-ya daxil olmaq tələbinə cavab

Hurriyyet.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynadakı vəziyyətdən danışarkən NATO-ya daxil olmaq niyyətində olan ölkənin konkret meyarlara cavab verməli olduğunu və alyansın qapısının yeni üzvlər üçün açıq olduğunu söyləyib.

Kirbi “Amerikanın səsi” radiostansiyasına müsahibəsində deyib: “Hesab edirik ki, əsas diqqət hədəfi onların indi apardıqları mübarizə olmalıdır. Müharibədən sonrakı Ukraynaya gəlincə isə, məsələ onun təhlükəsizlik tələblərinin necə olacağı, onların təhlükəsizlikdə qalması üçün bizim və müttəfiqlərimizin öz üzərlərimizə hansı öhdəlikləri götürəcəyimizdir. Çünki müharibədən sonra da onlar əvvəlki kimi Rusiya ilə həmsərhəd olaraq qalacaqlar. Əlbəttə, biz hələ də NATO-nun açıq qapılar prinsipinə inanırıq. Lakin biz onu da bilirik ki, NATO üzvü olmaq üçün hər bir ölkə müəyyən tələblərə cavab verməlidir, bu ölkə ilə alyans arasında fəal müzakirələr aparılmalıdır. Biz bu proseduraya riayət eləmək istəyirik”.

Hürr Tərcüman