📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Danimarkada hərbi bazalara yerləşəcək – onillik müqavilə imzalandı

2023-12-22 08:21:55

ABŞ Danimarkada hərbi bazalara yerləşəcək – onillik müqavilə imzalandı

Hurriyyet.az xəbər verir ki, Danimarka ABŞ hərbçilərinin öz ərazisində yerləşdirilməsinə icazə verib.

Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinken ilə Danimarkanın xarici işlər naziri Lars Lyokke Rasmussen onillik ikitərəfli hərbi əməkdaşlıq müqaviləsi imzalayıblar.

Müqavilə əsasında Danimarka ərazisində qısamüüdətli və uzunmüddətli perspektivdə ABŞ-ın hərbi texnikası və silahlı qüvvələri yerləşdiriləcək. Danimarkanın üç hərbi-hava bazası da Vaşinqtonun ixtiyarına veriləcək.

Hürr Tərcüman