ABŞ-də 287 sərnişinin olduğu təyyarə tualetə görə təcili eniş etdi
2026-10-08 12:06:45
“American Airlines” şirkətinə məxsus təyyarə bir neçə tualetin sıradan çıxması səbəbindən ABŞ-də təcili eniş edib.
Hurriyyet.net xəbər verir ki, bu haqda CNN məlumat yayıb.
Belə ki, hadisə oktyabrın 6-da, İspaniyanın Madrid şəhərindən ABŞ-nin Dallas şəhərinə uçuş zamanı baş verib.
“Boeing 777” tipli təyyarənin göyərtəsində 287 sərnişin olub. Tualetlərdən yalnız ikisi işlək vəziyyətdə qaldığı üçün pilotlar təyyarəni Nyu-Yorkda endirməyə məcbur olublar.
Eniş uğurla həyata keçirilib. Təxminən üç saatdan sonra təyyarə təyinat məntəqəsinə doğru uçuşunu davam etdirib.