📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-də altı nəfərin olduğu təyyarə ilə əlaqə itib

2026-10-04 10:14:36

ABŞ-də altı nəfərin olduğu təyyarə ilə əlaqə itib

ABŞ-nin Boston şəhərinə uçan və göyərtəsində altı nəfərin olduğu təyyarə ilə əlaqə kəsilib.

Hurriyyet.net  xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin açıqlamasına əsasən, Federal Aviasiya Administrasiyası (FAA) “Gulfstream G100” tipli təyyarə ilə əlaqənin kəsildiyini bildirib.

Massaçusets ştatının Nantaket adası sahillərində təyyarədəkilər üçün hava və dəniz vasitəsilə axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Sözügedən təyyarə Bermud adalarındakı L.F. Ueyd (L.F. Wade) Beynəlxalq Hava Limanından Boston şəhərindəki Loqan (Logan) Beynəlxalq Hava Limanına uçurdu.