📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-də kütləvi atışma baş verib, ölən və yaralananlar var

2026-08-16 12:33:47

ABŞ-də kütləvi atışma baş verib, ölən və yaralananlar var

ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərindəki Çarlz Yanq parkında kütləvi atışma baş verib.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə yerli WKYT televiziya kanalı məlumat yayıb.

Leksinqton polisi hadisə nəticəsində bir nəfərin öldüyünü, dörd nəfərin yaralandığını bildirib. Yaralananlar arasında dörd yaşlı uşaq, 14 yaşlı yeniyetmə və iki yetkin yaşlı şəxs var. Onların xəsarətləri həyati təhlükə yaratmır.

Lakin polis hələlik şübhəli barədə məlumat yaymayıb.