📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-də Rusiyalı deputatlarla danışıqlar başlayıb

2026-03-27 21:31:46

ABŞ-də Rusiyalı deputatlarla danışıqlar başlayıb

ABŞ -də Dövlət Duması deputatlarının iştirakı ilə danışıqlar başlayıb.

Teleqraf  xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin üzvü və Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Jurova "RİA Novosti" agentliyinə deyib.

"Görüşlər artıq başlayıb", - deyə o bildirib.

Danışıqların ikinci günü martın 27-də keçiriləcək.

Daha əvvəl Dövlət Dumasının sədr müavini Boris Çernışov ( LDPR ) Rusiya parlament nümayəndə heyətinin amerikalı həmkarları ilə danışıqlarının başlanğıcının yaxşı keçdiyini bildirmişdi. Rusiya Dövlət Dumasının deputatları ilə ABŞ Konqresinin nümayəndələri arasında ilk görüş martın 26-da baş tutub. Danışıqlar Vaşinqton Sülh İnstitutunda keçirilib.