📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-də seçicilərin 60%-i Trampın işindən narazıdır

2026-11-04 19:15:24

ABŞ-də seçicilərin 60%-i Trampın işindən narazıdır

ABŞ-də aralıq seçkilərdə iştirak edən seçicilərin təxminən 60%-i Prezident Donald Trampın fəaliyyətini bəyənmir.

Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, səs verənlərin təxminən yarısı Trampın işindən qəti narazıdır. 

2024-cü ildə onu dəstəkləyənlərin isə təxminən 20%-i hazırda Trampın fəaliyyətini mənfi qiymətləndirir.

Narazılığın əsas səbəbləri kimi Trampa mənfi baxış və iqtisadi vəziyyət göstərilir.

Seçicilərin üçdə ikisi hesab edir ki, Tramp ABŞ-də iqtisadi vəziyyəti daha da pisləşdirib.